EN

“Niaqara” və “Kral” restoranlarından ənənəvi bayram sovqatı Fotolar+Video

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Niaqara” və “Kral” restoranlarının rəhbərliyi tərəfindən Novruz və müqəddəs Ramazan bayramları münasibətilə şəhid və qazi ailələri də daxil olmaqla 860 nəfərlik bayram sovqatı paylanılıb.

“Qafqazinfo” xəbər verir ki, artıq ənənə halını alan bu təşəbbüs zamanı hər iki Qarabağ müharibəsi şəhidlərinin ailələri ziyarət edilib.

Göstərilən diqqətin torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlıqları qarşısında mənəvi borc olduğu bildirilib.

Qeyd edilib ki, torpaqlarımızın işğaldan azad edilməsi Ali Baş Komandan İlham Əliyevin xidmətləri, yürütdüyü siyasət və sərkərdəlik bacarığının nəticəsi, eyni zamanda ordumuzun qəhrəman oğullarının vətən yolunda göstərdiyi şücaətin əsəridir. 

Restoran rəhbərliyi şəhid ailə üzvlərinə daim onların yanlarında olduqlarını çatdırıblar. Ailələrin bayramları təbrik edilib, onlara bayram sovqatı, müxtəlif hədiyyələr təqdim edilib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
78
qafqazinfo.az

1Sources