EN

Azərbaycan da daxil olmaqla, 12 ölkənin məşvərət toplantısı keçirilib

Reyting.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində Azərbaycan da daxil olmaqla, 12 ölkənin xarici işlər nazirləri və nümayəndələrinin iştirakı ilə məşvərət toplantısı keçirilib.

Reyting.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, toplantıya Azərbaycan, Bəhreyn, Misir, İordaniya Küveyt, Livan, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin rəsmi şəxsləri qatılıblar.

Qeyd olunub ki, iclasda İranın region ölkələrinə hücumları müzakirə olunub, həmin hücumlar kəskin şəkildə pislənilib.

Hücumların dayandırılması eskalasiyanın sona çatması, regionda təhlükəsizlik və sabitliyin bərqərar olması, habelə böhranların həlli yolu kimi diplomatiyanın aktivləşdirilməsi üçün ilk addım kimi qiymətləndirilib.

Qeyd edək ki, Azərbaycanın XİN başçısı Ceyhun Bayramov da sözügedən iclasda iştirak edib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.(Report)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
65
2
reyting.az

10Sources