EN

Qətər onları “arzuolunmaz şəxslər” elan etdi

Yazını böyüt
Yazını kiçilt

Qətərdəki İran səfirliyinin hərbi və təhlükəsizlik işləri üzrə attaşeləri, o cümlədən bu bölmələrdə çalışan əməkdaşlar “arzuolunmaz şəxslər” (persona non-grata) elan olunub və onların 24 saat ərzində ölkə ərazisini tərk etməsi tələb edilib.

Hafta.az Qətər XİN-ə istinadla xəbər verir ki, bununla bağlı İran səfirliyinə rəsmi nota təqdim olunub. Bildirilir ki, bu qərar İranın Qətərə təkrarlanan hücumları və Qətərin suverenliyi ilə təhlükəsizliyini pozan aqressiv addımları fonunda qəbul edilib. Vurğulanıb ki, bu hərəkətlər beynəlxalq hüququn prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının 2817 saylı qətnaməsinə və qonşuluq münasibətlərinə ziddir. Dİqqətə çatdırılıb ki, İran tərəfinin bu siyasəti davam etdirməsi halında Qətər öz suverenliyini, təhlükəsizliyini və milli maraqlarını qorumaq üçün əlavə tədbirlər görəcək.

Sonda qeyd olunub ki, Qətər Dövləti beynəlxalq hüquqa uyğun olaraq suverenliyini və təhlükəsizliyini qorumaq üçün lazım olan bütün addımları atmaq hüququnu özündə saxlayır.

Chosen
42
2
hafta.az

5Sources