EN

ABŞ-ın İran əməliyyatına görə istefa verən antiterror şefi məxfi məlumatları sızdırırmış

ABŞ Federal Təhqiqat Bürosu İrana qarşı hərbi əməliyyata etiraz olaraq Milli Kəşfiyyat Direktoru Ofisindəki Terrorla Mübarizə Mərkəzinin rəhbəri vəzifəsindən istefa verən Co Kentlə bağlı araşdırma aparır.

Musavat.com xəbər verir ki, məlumatı Semafor portalının əməkdaşı Şelbi Talkot X hesabında yayıb: "Co Kent FTB tərəfindən məxfi məlumatların sızması ehtimalına görə araşdırılır, üç mənbə mənə bildirib. Mənə istintaqın onun istefasından əvvəl başladığı deyilib".

Qeyd edək ki, Co Kent iki gün əvvəl İrana qarşı əməliyyata etiraz olaraq vəzifəsindən istefa verdiyini elan edib. Son məlumat onun araşdırma təqibindən yayınmaq üçün bu addımı atdığı ehtimalını yaradır.

Musavat.com

Chosen
66
34
musavat.com

10Sources