AZ

ABŞ ın terrorla mübarizə mərkəzinin rəhbəri Co Kent istefasını elan etdi

ain.az xəbər verir, Oxumeni.az saytına əsaslanaraq.

ABŞ-ın terrorla mübarizə mərkəzinin rəhbəri Co Kent istefasını elan etdi

ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin (NCTC) rəhbəri Co Kent, İranla bağlı administrasiyanın siyasəti ilə razılaşmadığını bildirərək istefasını elan edib. Bu barədə Oxuməni.az Kentin X sosial şəbəkəsindəki postuna istinadla xəbər verir.

"Uzun düşünmədən sonra, bu gündən etibarən Milli Terrorla Mübarizə Mərkəzinin direktoru vəzifəsindən istefa vermək qərarına gəldim", - deyə Kent çərşənbə axşamı sosial şəbəkə olan X-də ABŞ prezidenti Donald Trampa ünvanladığı müvafiq məktubun surətini paylaşaraq bildirib.

"İranla davam edən müharibəni vicdanım rahat olaraq dəstəkləyə bilmərəm. İran ölkəmiz üçün birbaşa təhlükə yaratmırdı və aydındır ki, biz bu müharibəyə İsrailin və onun təsirli Amerika lobbisinin təzyiqi altında başladıq", - deyə Kent məktubunda yazıb. ABŞ prezidenti həmin gün daha sonra Kentin istefasını "yaxşı xəbər" adlandırıb, çünki Trampın sözlərinə görə, o, "təhlükəsizlik məsələlərini çox zəif başa düşürdü".

Trampa yazdığı məktubda Co Kent vurğulayıb ki, döyüş əməliyyatlarında iştirak etmiş bir veteran kimi, o, daha da eskalasiyanı dəstəkləməyə hazır deyil: "Amerikan xalqına heç bir fayda gətirməyən və amerikalıların həyat itkisini doğrultmayan bir müharibədə növbəti nəslin döyüşməsi və ölməsi üçün göndərilməsini dəstəkləyə bilmərəm". Sonda o, prezidenti kursu yenidən nəzərdən keçirməyə çağırıb: "Siz kursu dəyişə və ölkəmiz üçün yeni bir yol müəyyən edə bilərsiniz, ya da bizi tənəzzül və xaosun dərinliklərinə doğru daha da yuvarlanmağa buraxa bilərsiniz. Bütün kartlar sizin əlinizdədir."

X-dəki paylaşımında o, Donald Trampa və ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbardə onların rəhbərliyi altında xidmət etmək imkanı verdikləri üçün, həmçinin NCTC-nin peşəkar əməkdaşlarına birgə işləri üçün təşəkkür edib.

Almaz Həsənli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
1
oxumeni.az

2Mənbələr