EN

İranda daha üç nəfər edam olundu

İranda yanvar iğtişaşlarında təhlükəsizlik orqanlarının əməkdaşlarının ölümündə təqsirli bilinən üç nəfər edam olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata görə, Ali Məhkəmənin təsdiqindən sonra iki polis əməkdaşını öldürməkdə təqsirli bilinən Mehdi Qasimi, Saleh Məhəmmədi və Səid Davudi adlı məhkumların edamları Qum şəhərində icra olunub.

Qeyd edək ki, İranda inflyasiya və milli valyutanın dollara nisbətdə rekord həddə kəskin ucuzlaşması nəticəsində cari ilin yanvarında son üç ildə ən böyük etiraz aksiyaları keçirilib.

Chosen
46
1
bakivaxti.az

2Sources