EN

Toyda arvadına söz deyəni bıçaqlayan şəxslə bağlı qərar dəyişdi KONKRET

Konkret.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Gəncə Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Allahverdi Məmmədovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməyib, cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsinə dair Göygöl Rayon Məhkəməsinin qərarı cinayət qanunu normasını düzgün tətbiq edilməməsi əsası ilə dəyişdirilib. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin olunmayıb.

İttihama görə, hadisə 27 may 2023-cü il tarixdə, saat 17 radələrində Göygöl rayonu ərazisində yerləşən “Fərid” restoranının həyətyanı sahəsində qeydə alınıb.

Belə ki, Allahverdi Məmmədov həmin restoranda keçirilən toy məclisində iştirak edən zərərçəkmiş Maarif Əsədovun (şərti) arvadından söz soruşub. Təqsirləndirilən şəxs isə bunu bəhanə gətirərək onunla mübahisə edib. Daha sonra o, bıçaqla qəsdən Maarifin sağ bud nahiyəsinə bir dəfə zərbə vuraraq, ona xəsarət yetirib.

Hadisədən sonra Allahverdi Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.

Göygöl Rayon Məhkəməsinin hökmü ilə o, CM-in 221.3-cü maddəsinin əlamətləri olmadığından onun əməlinin həmin məcəllənin 221.3-cü maddəsindən 128-ci maddəsinə tövsif edilib. Hökmə əsasən, Allahverdi Məmmədovun cinayət işi üzrə cinayət təqibinə xitam verilib, cinayət məsuliyyətindən azad edilib, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib, protest isə təmin olunub, Göygöl Rayon Məhkəməsinin çıxardığı hökmü ləğv edilib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin (CM) 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. Allahverdi Məmmədov barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalında dərhal həbsə alınıb.

Ali Məhkəmənin qərarına əsasən, kassasiya şikayəti qismən təmin edilib, Gəncə Apellyasiya Məhkəməsinin çıxardığı qərar ləğv olunub və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
59
2
konkret.az

3Sources