EN

“Qalatasaray” Osimhen və Lanqın durumunu açıqladı

BAKI, 19 mart. TELEQRAF

Türkiyənin "Qalatasaray" klubunun nigeriyalı futbolçusu Viktor Osimhenin qolu sınıb.

Teleqraf xəbər verir ki, bu barədə Superliqa təmsilçisi məlumat yayıb.

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda İngiltərədə "Liverpul"a 0:4 hesabı ilə uduzduqları matçda zədələnən 27 yaşlı hücumçunun qoluna gibs qoyulub.

Bundan əlavə, "sarı-qırmızılar"ın digər oyunçusu Noa Lanqın sağ barmağında ciddi kəsik aşkarlanıb. O, Liverpul şəhərində qarşıdakı saatlarda əməliyyat olunacaq.

Qeyd edək ki, “Qalatasaray” "Liverpul"aiki oyunun nəticəsinə görə “Liverpul”a 1:4 hesavı ilə uduzaraq UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb.

Chosen
53
teleqraf.com

1Sources