EN

Rubio və Heqsetin evinin üzərində naməlum dronlar göründü

Vaşinqtonda Dövlət katibi Marko Rubio, hərbi nazir Pit Heqset kimi yüksək vəzifəli rəsmilərin yaşadığı ABŞ hərbi bazasının üzərində naməlum dronlar müşahidə edilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.

Məlumata görə, rəsmilər dronların kimə məxsus olduğu və kim tərəfindən göndərildiyini bilmirlər.

Hadisədən sonra təhlükəsizlik tədbirləri gücləndirilib və yüksək vəzifəli rəsmilərin başqa əraziyə köçürülməsi də nəzərdən keçirilib.

Chosen
32
2
konkret.az

3Sources