EN

Avstraliyanın 37 günlük yanacaq ehtiyatı qalıb

Avstraliyanın strateji yanacaq ehtiyatı 37 günlük qalıb.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin baş naziri Entoni Albanese bildirib.

"Yaxın Şərqdəki müharibə səbəbindən dünyada yanacaq qiymətləri sürətlə artıb və Avstraliya da münaqişənin təsirindən sığortalanmayıb. Hazırda 37 günlük benzin ehtiyatımız var və yanacaq gəlməyə davam etdikcə, bu ehtiyat bərpa olunacaq. Yaxın Şərqdəki münaqişə nə qədər uzun davam edərsə, qlobal təchizat zəncirlərinə, yanacaq qiymətlərinə və bütövlükdə Avstraliya iqtisadiyyatına təsir bir o qədər böyük olacaq", - deyə o qeyd edib. 

Chosen
40
ikisahil.az

1Sources