EN

“Kareliya” strateji raket daşıyıcısı təmirdən sonra missiyaya hazırlaşır

“Sineva” qitələrarası ballistik raketlərlə silahlanmış “Kareliya” strateji nüvə sualtı kreyseri təmir işlərini başa vurduqdan sonra missiyaya hazırlaşır.

Herbiand.az bildirir ki, bu barədə Şimal Donanmasının mətbuat xidməti 19 martda qeyd olunan Rusiya Hərbi Dəniz Qüvvələrinin sualtı qüvvələrinin yaradılmasının 120-ci ildönümü ilə əlaqədar olaraq açıqlayıb.

Şimal Donanmasının nümayəndələrinin sözlərinə görə, 1-ci dərəcəli kapitan Anton Qlodevin komandanlığı altında “Kareliya” heyəti hazırda Murmansk bölgəsindəki Qadjievo qarnizonunda planlı döyüş təlimləri keçirir.

K-18 “Kareliya” 1989-cu ildən xidmətdədir. Göyərtəsində 16 “Sineva” qitələrarası ballistik raketi yerləşir. Ehtiyac yarandıqda, kreyser bazasından çıxmadan 11.000 km-dən çox məsafədəki hədəflərə qitələrarası ballistik raketlər ata bilər.

Təmirdən sonra sualtı qayığın 2038-ci ilə qədər xidmət göstərməsi gözlənilir.

Bəxtiyar CƏFƏRLİ

Chosen
90
herbiand.az

1Sources