EN

Sabirabadda meyit tapıldı

Sabirabad rayonunda 18 yaşlı oğlanın meyiti aşkar edilib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Kürkəndi kəndində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü Samir Sadıqovun meyiti yaşadığı ünvanda tapılıb.

Hadisənin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Chosen
81
6
metbuat.az

7Sources