118 saylı Ağdam - Xocalı seçki dairəsinin deputatı Elman Məmmədov doğma yurdundakı evinə köçüb.
"Cebheinfo.az" xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Elman Məmmədovun özü deyib.
"Hazırda mən yoldayam, Xocalıya gedirəm. Novruz bayramının tonqalını 34 ildən sonra Xocalıda öz dədə-baba yurdumda - evimin həyətində yandıracam. Builki bayramı qonum-qonşu ilə birlikdə qeyd edəcəyik. Ötənilki Novruz bayramında evim hazır deyildi. Nəhayət bu il fevralın 25-də Xocalıdakı evimin açarı mənə təqdim edildi. Artıq evimə köçmüşəm. Öz evimin həyətində 34 il sonra bayram keçirəcəm".
"Cebheinfo.az"