AZ

Deputat Qarabağdakı evinə köçdü

118 saylı Ağdam - Xocalı seçki dairəsinin deputatı Elman Məmmədov doğma yurdundakı evinə köçüb.

"Cebheinfo.az" xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Elman Məmmədovun özü deyib.

"Hazırda mən yoldayam, Xocalıya gedirəm. Novruz bayramının tonqalını 34 ildən sonra Xocalıda öz dədə-baba yurdumda - evimin həyətində yandıracam. Builki bayramı qonum-qonşu ilə birlikdə qeyd edəcəyik. Ötənilki Novruz bayramında evim hazır deyildi. Nəhayət bu il fevralın 25-də Xocalıdakı evimin açarı mənə təqdim edildi. Artıq evimə köçmüşəm. Öz evimin həyətində 34 il sonra bayram keçirəcəm".

"Cebheinfo.az"

Seçilən
53
31
cebheinfo.az

10Mənbələr