EN

İdman Rəqsləri Federasiyasında seçki

ain.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Martın 18-də “Azərbaycan Respublikası İdman Rəqsləri Federasiyası” İctimai Birliyinin ümumi yığıncağı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Yığıncaqda çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb.

Yığıncaqda federasiyanın qanuni təmsilçisi Etibar Məmmədov qurumun fəaliyyəti barədə hesabatla çıxış edib. Sonra İctimai Birliyin adının dəyişdirilməsi və Nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi məsələləri müzakirəyə çıxarılıb və səsvermə ilə qəbul olunub. İctimai Birlik bundan sonra “Azərbaycan İdman Rəqsləri Federasiyası” adlandırılacaq.

Sonra federasiyanın rəhbərliyinə seçkilər keçirilib.

Qabil YUSİFOĞLUXQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
103
2
xalqqazeti.az

10Sources