EN

Naşirdən icra başçısına irad-“Sosial şəbəkələrdə trol dəstəsi saxlamaqla…”

“Qax rayonunun icra başçısı Elvin Paşayevin bayram tədbirindən bir video paylaşmışdım. Bu paylaşımımdan sonra Gəncədən uzun illərdir tanıdığım Azər Allahverdiyev zəng edib bildirdi ki, başçı onun qohumudur, yaxşı insandır. Onun haqqında xeyli müsbət fikirlər söylədi”

Tribuna.az xəbər verir ki, bu barədə Şahbaz Xuduoğlu özünün feysbuk səhifəsində paylaşım edib.
“Ardınca Qax Rayon İcra Hakimiyyətinin müavini Vəfa xanım da əlaqə saxladı, tədbirin başqa görüntülərini göndərdi və həmin tədbirin daha fərqli tərəflərini göstərmək istədi. Mən də bunu nəzərə alaraq əlavə bir paylaşım etdim.
Sonra işlərimə görə mövzu diqqətimdən çıxdı. Bu gün isə baxıram ki, paylaşımın altında çoxlu sayda eyni üslubda yazılmış şərhlər var. Bu şərhlərin bir hissəsi açıq şəkildə təhqiramizdir. Diqqətimi çəkən isə onların oxşarlığı və koordinasiyalı görünməsidir. Cavab vermədiyim üçün də bunu bir növ “qələbə” kimi təqdim etməyə çalışırlar.
Mənim fəaliyyətim bəllidir — kitab nəşri, maarifçilik, düşüncə mühiti yaratmaq. Yazılarımda və çıxışlarımda məqsədim heç vaxt kimisə hədəf almaq olmayıb. Tənqid etdiyim məsələlər isə şəxslərdən çox yanaşmalar və davranış modelləri ilə bağlıdır.
Bu baxımdan sual yaranır: bir rayon rəhbərinin əsas işi nə olmalıdır? Sosial şəbəkələrdə trol dəstəsi saxlamaqla kütləvi reaksiyalar formalaşdırmaq, yoxsa idarə etdiyi rayonun problemləri ilə məşğul olmaq?
Bir rəhbər şəxsin müsbət imici, onun tənqidə münasibətində özünü göstərməlidir. Tənqidə qarşı aqressiya yox, açıqlıq və izah olmalıdır.
Bu hikkə, bu qəzəb, bu nifrət bu qisasçılıq hissi hardandır bu yaxşı oğlanda? – naşir yazıb.
Chosen
54
29
yenilik.az

10Sources