AZ

Psixoloq Aysun Alyarova: “Uşaqlardan ölüm xəbərini gizlətməyə çalışmamaq sadə, dürüst şəkildə izah etmək lazımdır”

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Uşaqlar ətraflarında rastlaşdığı hadisələrdən dolayı hər mövzuda maraqlana bilərlər. Bu onların təbii haqqıdır. Ancaq onların maraqlandığı mövzuya dəqiq, düzgün cavab vermək lazımdır. Məsələn, bir gün uşaq anadan soruşa bilər ki, “ana sən də öləcəksən?” “Bəli, bir gün hamımız öləcəyik” deyə bilərik. Düşünə bilərik ki, uşağa belə demək zərərli ola bilər, onu qayğıya sala bilər?Ümumiyyətlə, uşaqlarla ölüm haqqında necə danışmalıyıq və bu haqda onlara nə deməliyik?

Psixoloq Aysun Alyarova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, mütləq şəkildə yaş faktorunu nəzərə alaraq dürüst izah etmək lazımdır: “Maraqlı sualdır və bu haqda düşünürəm maarifləndirmə çox azdır. Belə bir həssas məsələ üzərindən insanların maarifləndirilməsi çox faydalı olacaq. Burda əsas məqam budur ki, bu məsələni uşağı qorxutmadan və mütləq şəkildə yaş faktorunu nəzərə alaraq dürüst izah etmək lazımdır. Məsələn; uşağın valideyni, yaxud hər hansı bir yaxını ölüm xəbərini –“nənə yatdı”, “baba uzun səfərə çıxdı”, yaxud hər hansı bir başqa yalanlar deyirlər ki, uşaq pis olmasın, qorxmasın. Əslində uşağı burda qorumaq istəyirlər. Amma bu məsələni də gözdən qaçırırlar ki, izah düzgün, dürüst və sadə şəkildə olmalıdır. Məsələn, deyə bilərik ki, “nənənin artıq bədəni işləmir”, “o, nəfəs almır”, “danışmır və geri qayıtmayacaq”.

Yaş məsələsinə gəldikdə təbii olaraq 3-5 yaşında olan uşaq ölümü müvəqqəti hesab edə bilər. Tam olaraq dərk etməyə bilər, ona görə bildirdim ki, sadə izah etmək lazımdır. 6-9 yaşında uşaq ölümü – “insan öldüyü anda geri qayıtmayacaq” şəklində başa düşə bilər. Buna görə də müxtəlif suallar verə bilər. Bu sualları da ayın və dürüst cavab vermək lazımdır. 10 yaşı üzərində uşaqlar isə digər yaşıdlarına görə ölümü daha yaxşı anlaya bilər, səbəblərini anlaya bilər. Artıq o uşaqlardan belə suallar gələ bilər ki, “ana, sən də öləcəksən? Ya da “mən öləcəmmi”? Bu məsələ onlara maraqlı gələ bilər. Valideynlər isə bu suallardan qaça bilir. Səbəbləri – uşaqlar pis olmasın, kədərlənməsin, qorxmasın. Lakin bu suallardan qaçmaq yox, sakit şəkildə izah olunmalıdır. “Bir gün hamı ölür və bu uzun illər sonra olur. İndi biz birlikdəyik, hamımız sağlamıq”. Həm yalan danışmamış oluruq, həm də uşağı çox qorxutmamış oluruq.

Daha sonra bu məqamlarda emosiyalar da üzə çıxır. Təbii ki, yaxın bir insan dünyadan köçübsə, böyüklər uşaqların yanında istəmirlər ağlasın, bu səbəbdəın gözünün yaşını silir və s. Ancaq böyüklər ağlaya bilər və uşaq da bunu görəndə onlara da kədərin, ağlamağın həmin vaxt təbii, normal olaraq olmasını, “bu da bir insan hissidir” deməklə izah etməldirlər. Onsuz da erkən yaşlarda uşaqlara insan hisslərini öyətmək lazımdır. Yəni mən necə hiss edirəm? İnsanın hansı hissləri var? Bu hisslərin hamısının normal olduğunu, bu hissləri təbii olaraq yaşamağımızı izah etməyimiz lazımdır. Burda uşaqlarda təhlükəsizlik hissini də qorumaq lazımdır. “Mən sənin yanındayam, sən təhlükəsizsən, biz səni sevirik” və s. şəkildə.

Bunu qeyd etmək lazımdır ki, ümumiyyətlə uşaqlar qulağa sözü çox deməklə deyil, nə görürlərsə, onu götürürlər. Ona görə də ölüm haqında məlumatı da daha çox böyüklərin reaksiyasına baxaraq anlam verirlər. Yəni zehinlərində artıq gördükləri mənzərə yaranmağa başlayır. Əgər böyüklər çox panika, qorxu içindədirlərə, yaxud özlərini emosiyalarını uşağın yanında tam idarə edə bilmirlərsə və ən əsası ölüm haqqında qorxulu hadisələr danışırlarsa, əlbəttə ki, uşaq da ölümü travmatik şəkildə qavraya bilər.

Bəzən uşaqlardan ölüm xəbərini gizlətməyə çalışırlar ki, onlar pis olmasın. Amma bu xəbəri gizlətmək olmaz. Çünki uşaqlar bunu hiss edirlər. Əgər o ortamdadırlarsa, ən azında görürlər. Uzaqlaşdırılsa belə yenə də uşağın ağlında suallar yaranır. Nə baş verir? Uşaqlar öz zehnində başqa-başqa hadisələr - fantaziyalar qurmağa başlaya bilər ki, bu da nəinki müsbət, daha çox mənfi situasiya ilə nəticələnə bilər.

Bu prosesdə ən vacib məqam uşağa qarşı emosional dəstək olmaz lazımdır. “Xəbəri verdim çıxdım getdim”, “orda öz yasımı yaşayım” kimi olmamalıdır. Bəli, bu çətindir- itkidir, yas prosesidir. Ancaq nəzərə almaq lazımdır ki, o hələ uşaqdır, şok içindədir, Ola bilər heç nə anlamır, kimdənsə nəsə açıqlama, xəbər gözləyir ki, beynində nələrsə aydınlansın. Mütləq emosional dəstək, həmçinin dürüstlük və sadə dildə izah ən vacib məqamlardandır”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
57
29
bizimyol.info

10Mənbələr