EN

"BakuBus" gücləndirilmiş iş rejimində çalışacaq

"BakuBus" MMC qarşıdan gələn Novruz bayramı günlərində bölgələrə səfər edən sərnişinlərin sayında gözlənilən artımı nəzərə alaraq, 20–30 mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Aznews.az xəbər verir ki, qeyd olunan tarixlərdə Bakıdan Gəncə, Mingəçevir, Bərdə, Tərtər, Sınıq Körpü və Zaqatala istiqamətlərinə fəaliyyət göstərən müntəzəm marşrut xətləri üzrə əlavə reyslər təşkil ediləcək. Sərnişindaşıma xidmətləri sərnişin sıxlığını tənzimləmək məqsədilə daha intensiv qrafik əsasında həyata keçiriləcək.

Bayram günlərində sərnişin axınının çox olacağını nəzərə alaraq, bölgələrə səfər etməyi planlaşdıran vətəndaşlara biletlərini əvvəlcədən onlayn qaydada əldə etmələri tövsiyə olunur.

Chosen
63
2
aznews.az

10Sources