19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gündən martın 21-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.
İdmanxeber.az AFFA-ya istinadən xəbər verir ki, millimiz martın 22-dən 30-dək Litvanın Kaunas şəhərində Avropa çempionatının seçmə mərhələsinin ilk raundunda iştirak edəcək.
B Liqasının 6-cı qrupunda yer alan U-19 Litva və Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
U-19-un heyəti və oyunlarının təqvimini nəzərinizə çatdırırıq:
25 mart
20:00. Azərbaycan (U-19) – Litva (U-19)
Kaunas, “Raudondvario” stadionu
28 mart
17:00. Şimali İrlandiya (U-19) – Azərbaycan (U-19)
Kaunas, “Raudondvario” stadionu