EN

Neymar baş məşqçisiz qaldı

“Santos” baş məşqçisi ilə yollarını ayırıb.

Msport.az xəbər verir ki, Braziliya klubunun rəsmi açıqlamasına görə, komandanın “sükanı arxasında” olan Xuan Pablo Voyvoda və onun məşqçilər heyəti ilə əməkdaşlığa son verilib.

Neymarın çıxış etdiyi “Santos” ölkə çempionatının cari mövsümünə uğursuz start verib.

Komanda keçirdiyi 7 oyunda cəmi 6 xal toplayaraq, turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Chosen
72
msport.az

1Sources