EN

Deputat Xocalıya köçdü

118 saylı Ağdam - Xocalı seçki dairəsinin deputatı Elman Məmmədov doğma yurdundakı evinə köçüb.

Publika.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Elman Məmmədovun özü deyib.

"Hazırda mən yoldayam, Xocalıya gedirəm. Novruz bayramının tonqalını 34 ildən sonra Xocalıda öz dədə-baba yurdumda - evimin həyətində yandıracam. Builki bayramı qonum-qonşu ilə birlikdə qeyd edəcəyik. Ötənilki Novruz bayramında evim hazır deyildi. Nəhayət bu il fevralın 25-də Xocalıdakı evimin açarı mənə təqdim edildi. Artıq evimə köçmüşəm. Öz evimin həyətində 34 il sonra bayram keçirəcəm", - o bildirib.

Qeyd edək ki, Elman Məmmədov 1950-ci ildə Xocalı şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib.

Chosen
36
7
publika.az

10Sources