EN

Azərbaycan paraüzgüçüləri İspaniyada turnirə qatılacaqlar

İspaniyanın Barselona şəhərində paraüzgüçülük üzrə Dünya seriyasının Barselona mərhələsi keçiriləcək.

90deqiqe.Az xəbər verir ki, ölkəmizi yarışda S12 kateqoriyasında Raman Salei, S10-da isə yeniyetmə paraüzgüçülər - Əli Vəliyev və Murad Məmmədov təmsil edəcək.

Turnir martın 19-dan 22-dək təşkil olunacaq.

Chosen
96
5
90deqiqe.az

6Sources