Bakı, 19 mart, AZƏRTAC
İspaniyanın Barselona şəhərində paraüzgüçülük üzrə Dünya seriyasının Barselona mərhələsi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, ölkəmizi yarışda S12 kateqoriyasında Raman Salei, S10-da isə yeniyetmə paraüzgüçülər - Əli Vəliyev və Murad Məmmədov təmsil edəcək.
Turnir martın 19-dan 22-dək təşkil olunacaq.