EN

“İranın İslam dünyasına töhfəsi nə olub?” Səudiyyəli nazirdən Tehrana sərt cavab

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

“İslam həmrəyliyindən danışıb, özü müsəlmanlara hücum edir…”

“Onların İslam ölkələrinə hücum edərkən İslam dəyərlərini müdafiə etdiklərini iddia etmələrini başa düşmürəm. Onlar yalnız bir ölkəyə deyil - Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Qətər, BƏƏ, Oman, Livan, İordaniya, İraq, Türkiyəyə hücum edirlər və onların hamısı İslam ölkələridir”.

“AzPolitika” xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Feysəl bin Fərhan əl-Səud İranla bağlı açıqlamasında deyib.

Nazir İranın müharibədən əvvəl də müsəlman ölkələrini qarışdırmğa çalışdığını vurğulayıb: “Hətta bu müharibədən əvvəl də İranın İslam dünyasına töhfəsi nə idi? Onlar Yəməndəki Husi hərəkatını dəstəkləyirdilər. Onlar İraqdakı silahlı birləşmələri dəstəkləyirdilər və indi də həmin qüvvələr İraq ərazisinə hücum edirlər. Onlar “Hizbullah” vasitəsilə Livana müdaxilə edərək təkcə siyasi hakimiyyəti ələ keçirməklə kifayətlənməyib, həm də Səudiyyə Ərəbistanı da daxil olmaqla, bütün bölgədə sabitliyi pozan hərəkətlər ediblər. Ən bariz nümunələrdən biri İran və “Hizbullah”ın Suriyadakı roludur. Bəs belə hərəkətlər baş verirsə, hansı “müsəlman dünyasına dəstək”dən söz gedir?

Onlar İslam dəyərlərini müdafiə etdiklərini necə iddia edə bilərlər ki, eyni zamanda da öz xalqına zülm edən rejimləri dəstəkləyir, Livandakı siyasi xadimləri aradan götürən və İraqın inkişafına mane olan silahlı qrupları gücləndirirlər? Mən(İran tərəfindən) İslam dəyərlərinə heç bir real dəstək görmürəm. Bunlar sadəcə örtük kimi istifadə edilən şüarlardır”.

Nazir hesab edir ki, İran rejimi İslam dəyərlərini deyil, yalnız öz hakimiyyətinin maraqlarını müdafiə edib: “Onlar İslam həmrəyliyinə çağırış edərkən qonşularına, qardaşlarına hücum etməyə davam edirlər. İslam ölkələrinə hücum edərkən, onların maraqlarına zərər verərkən və mülki əhaliyə hücum edərkən necə həmrəylik və dəstək gözləyə bilərlər? Eyni zamanda mövcud münaqişə ilə əlaqəsi olmayan dövlətlərə hücum edərkən necə diplomatik həllərdən danışa bilərlər?

Əgər İran Körfəz dövlətlərinin müqavimət və ya qisas ala bilmədiyinə inanırsa, deməli, onun hesablamaları səhvdir. Siyasi cavablar var və siyasi olmayan variantlar da masadadır”.

O deyib ki, Səudiyyə Ərəbistanı təzyiqə boyun əyməyəcək: “Əksinə, bu təzyiq əks təsir göstərəcək. Zəruri hesab edildiyi təqdirdə hərbi əməliyyatlar aparmaq hüququmuzu özümüzdə saxlayırıq. Vaxtı çatanda Krallığın rəhbərliyi lazımi qərarları verəcək. Ölkəmizi və iqtisadi resurslarımızı müdafiə etməkdən çəkinməyəcəyik.

Bu gün Ər-Riyadda iki neft emalı zavoduna hücum edildiyini görəndə soruşuram: bunun məqsədi nədir? Döyüş zonasından kənarda yerləşən neft emalı zavoduna edilən hücum hansı mümkün hərbi məqsədə çata bilər? İran bu hərəkətlərin nəticələrinin olacağını başa düşməlidir”.

“AzPoilitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
113
45
azpolitika.info

10Sources