ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Çexiya Baş naziri İsrailin qaz yatağına hücumunu pislədi
Redaktor.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Çexiyanın Baş naziri Andrey Babiş İsrailin İranın Cənubi Pars qaz yatağına endirdiyi zərbəni tənqid edərək bunu “anlaşılmaz” adlandırıb.
"Bu addım bazarları tamamilə alt-üst etdi. Benzin qiymətləri, neftin qiymətləri kimi, kəskin şəkildə artır", - deyə o bildirib.
Qeyd edək ki, Çexiya İsrailin Avropa Birliyindəki ən böyük müttəfiqlərindən biri hesab olunur.
Məlumata görə, İran qaz yatağına hücuma cavab olaraq Qətərdə yerləşən və dünya qazının beşdə birini təmin edən əsas emal müəssisəsinə zərbə endirib. Eyni zamanda, Küveytdəki iki neft emalı zavodu da hücuma məruz qalıb.
Bu hadisələrdən sonra enerji bazarlarında qiymətlər yenidən artıb. Brent markalı neftin qiyməti müharibədən əvvəlki 73 dollardan 114 dollara yüksəlib.
Martın 19-da isə təbii qazın qiymətində 24 faiz artım qeydə alınıb.
Aminə ŞAHSUVARQIZI
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.