Azxeber.com portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Livanda yaşanan hadisələri tamaşaçılara canlı yayımda çatdıran jurnalist son anda ölümdən qurtulub.
AZXEBER.COM xəbər verir ki, "Russia Today" telekanalının əməkdaşı canlı yayımda olarkən İsrailin atdığı raket həmin əraziyə düşüb.
RT kanalının müxbiri Ali Rida bildirib ki, İsrail Livanın cənubunda yerləşən körpüdə telekanalın jurnalistlərini qəsdən hədəfə alıb.
O qeyd edib ki, çəkiliş qrupunun bütün üzvləri üzərində "Pressa” (Mətbuat) yazısı olan tanınma jiletləri geyinmişdilər:
"İsrail bizə qarşı əl-Kasmiya körpüsü yaxınlığında, üzərimizdə bu forma olduğu halda qəsdən hücum etdi”.
RT telekanalı çəkiliş qrupuna edilən hücumun anını da yayımlayıb.
Həmin anları təqdim edirik:
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.