EN

“Kəpəz”dən rəsmi addım, “Neftçi”dən sükut

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Kəpəz" klubu icarə əsasında komandada çıxış edən Ryonosuke Ohorini heyətinə birdəfəlik qatmaq üçün ilk addımı atıb. Sport24.az-ın Gəncə təmsilçisindəki mənbədən əldə etdiyi məlumata görə, "sarı-göylər" 25 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı "Neftçi"yə rəsmi müraciət edib.Lakin qarşı tərəf hələlik bu məsələ ilə bağlı yekun qərarını bildirməyib. Əksinə, "Neftçi"nin yaponiyalı futbolçunu geri qaytarmaqda maraqlı olduğu qeyd olunur.Beləliklə, Ohorinin gələcək taleyinə mövsümün sonunda aydınlıq gələcək.Qeyd edək ki, Ryonosuke Ohori 2025-ci ilin yanvarında "Neftçi"yə transfer olunub və cari mövsümün əvvəlində "Kəpəz"ə icarəyə verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
37
sport24.az

1Sources