EN

Davranış qaydaları barədə tədbirlər keçirilib

Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Bu barədə hafta.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi (RM) tərəfindən Sabunçu rayonu 4, Xəzər rayonu 123 və 124 nömrəli, Nəsimi rayonu 247, Səbail rayonu 236, Binəqədi rayonu 283 nömrəli tam orta məktəblərində, 90 saylı uşaq bağçasında və Əmanətlərin Sığortalanması Fondunda, Sumqayıt RM tərəfindən Ceyranbatan Su Təchizatı İdarəsində, Xızı rayonu Tıxlı kənd orta ümumtəhsil məktəbində, Sumqayıt şəhər 16 nömrəli və Abşeron rayonu Masazır kənd 5 nömrəli tam orta ümumtəhsil məktəblərində, Gəncə RM tərəfindən Qazax rayonu Rəsul Mirzəliyev adına Alpout kənd tam orta məktəbində, Gəncə Şəhəri İcra Hakimiyyəti başçısının Hacıkənd Qəsəbə ərazi dairəsi üzrə nümayəndəliyində və Gəncə şəhər Telekommunikasiya İdarəsində, Qarabağ RM tərəfindən Bərdə rayonu Alpoud kənd, Ağdam rayonu Mahrızlı kənd və Tərtər şəhəri 5 nömrəli tam orta məktəblərində, Şimal-Qərb RM tərəfindən Qəbələ şəhər Qəbələ City Hoteldə və Qəbələ rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında, Muğan RM tərəfindən Sabirabad rayonu Narlıq kənd tam orta ümumtəhsil məktəbində, Aran RM tərəfindən Ağdaş rayonu İcra Hakimiyyəti başçısının Şıxlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında, Goranboy rayonu Zeyvə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında və Ağdaş rayonu Cücük kənd tam orta məktəbində, Cənub RM tərəfindən Astara şəhəri C.Babayev adına 3 nömrəli liseydə, Şimal RM tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Xaçmaz Reabilitasiya Mərkəzində və Quba rayonu Qəçrəş kənd tam orta məktəbində maarifləndirmə tədbiriləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Chosen
9
19
hafta.az

10Sources