“Mançester Yunayted”in hücumçusu Coşua Zirkze mövsümün sonunda komandasını dəyişə bilər.
Msport.az xəbər verir ki, onun agenti “Yuventus”a futbolçusunun yay “transfer pəncərəsi”ndə əlçatan olacağını bildirib.
24 yaşlı niderlandlı forvard cari mövsüm “Mançester Yunayted”in heyətində bütün turnirlər daxil olmaqla 20 oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Mançester Yunayted” futbolçunu 2024-cü ilin yayında “Bolonya”dan (İtaliya) 42,5 milyon avroya transfer edib.