EN

DİQQƏT: Pul yığmaq istəyirsinizsə, əmanətinizi bu valyutada saxlayın… KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Valyuta bazarındakı son dalğalanmalar fonunda dollar və avro ilə bağlı suallar yenidən gündəmə gəlib. Avronun ucuzlaşması fonunda yığım üçün hansı valyutanın daha sərfəli olduğu müzakirə olunur.

Bəs indiki vəziyyətdə dollar saxlamaq nə dərəcədə məqsədəuyğundur?

Dollar yığanlar hansı addımları atmalıdır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas-ekspert Əkrəm Həsənov bildirib:

“Heç bir valyutaya üstünlük vermək lazım deyil. Çünki biz elə bir dövrdə yaşayırıq ki, təminat yoxdur”.

Əkrəm Həsənovun sözlərinə görə, dünyada hər şey iqtisadiyyatla həll olunmur. Siyasi məsələlər bir-birinə dəyib. Belə şəraitdə valyutalar daim oynayacaq. Əgər vətəndaşın yığımı varsa, bu valyutalar arasında bölsün. Burada məqsəd qazanc əldə etmək olmamalıdır. İtirməməyə fokuslanmalıdırlar.

Hansı alətin daha yaxşı olduğunu qeyd edən Əkrəm Həsənov deyib:

“Bu baxımdan da qızıl daha yaxşıdır. Çünki qızıl daim bahalaşır. Əslində qızıl da bahalaşmır, kağız valyutalar ucuzlaşır. Dövlətlər indi müharibə xərclərini ödəmək üçün pulu çox çap edirlər. Bir şeyin miqdarı çoxdursa, o ucuzlaşacaq. Qızılın isə miqdarı azdır. Valyutaların bahalaşmasına heç kim təminat verə bilməz. Kimin imkanı varsa, böyük ehtiyatlarını qızılda saxlasın”.

Dəniz Pənahova

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
49
1
konkret.az

2Sources