Belçikanın baş naziri Bart de Vever Rusiya ilə dialoqun bərpası məsələsinə aydınlıq gətirib.
Publika.az xəbər verir ki, bu barədə o, "Clash Report"a açıqlamasında danışıb.
Baş nazir bildirib ki, Rusiya ilə münasibətlərin normallaşdırılması yalnız mümkün sülh sazişindən sonrakı dövrə aid olan bir ssenaridir:
“Əgər siz sülhə nail olsanız, uzunmüddətli perspektivdə Rusiya ilə nə etməlisiniz? Daim düşmən kimi yaşamaq, yoxsa normallaşmaya çalışmaq? Bəli, o zaman normallaşmaya çalışmalısınız”.
Bart de Vever vurğulayıb ki, bu yanaşma yalnız Ukrayna ilə bağlı sülh razılaşmasının əldə olunacağı ehtimalına əsaslanır və Avropanın danışıqlar masasında olması ehtiyacı ilə bağlıdır.