EN

İranda öldürülmüş Əli Laricaninin yerinə yeni təyinat olub?

Hazırda İranın keçmiş müdafiə naziri Hüseyn Dehqanın rəhbərlik etdiyi "Mostazafan" Fondu Əli Laricaninin ölümündən sonra öz rəhbərlərinin İran Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi təyin olunması ilə bağlı xəbərləri təkzib edib.

Moderator.az-ın xəbərinə görə, bu barədə "Tasnim" agentliyi məlumat verib.

"Son bir neçə saat ərzində bəzi KİV-lər Dehqanın Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin olunması ilə bağlı xəbərlər dərc ediblər, lakin bu məlumat həqiqətə uyğun deyil", - deyə fondun bəyanatında bildirilib.

Chosen
48
1
moderator.az

2Sources