EN

Bu xətt üzrə avtobuslar yeniləndi - Kart sisteminə keçdi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gedişhaqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir.

Sitat.info xəbər verir ki, martın 23-dən “Xaliq Faiqoğlu” şirkətinin istismarında olan və Binəqədi qəsəbəsini metronun “Azadlıq prospekti” stansiyası ilə əlaqələndirən 41 nömrəli müntəzəm marşrutda nağdsız ödəniş tətbiq ediləcək. Şirkət xətt üzrə sərnişinlərin xidmətinə yeni müasir avtobuslar təqdim edib.

Marşrut üzrə 15 yeni “İsuzu” markalı avtobus fəaliyyət göstərəcək. Nəqliyyat vasitələri müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub, havasərinlədici sistemə (kondisioner) malikdir.

Avtobuslarda gedişhaqqı 0,60 AZN müəyyən edilib.

Chosen
67
8
sitat.info

10Sources