AZ

Bakıda daha bir marşrut nağdsız ödəniş sisteminə keçir

Martın 23-dən paytaxtın Binəqədi qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 41 nömrəli müntəzəm marşrutda nağdsız ödəniş tətbiq ediləcək.

Ölkə.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, marşrut üzrə 15 yeni "İsuzu" markalı avtobus fəaliyyət göstərir. Nəqliyyat vasitələri müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.

Avtobuslarda gedişhaqqı 0.60 AZN müəyyən edilib.

Seçilən
27
10
olke.az

10Mənbələr