EN

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırıldı



Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiqlənən "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavinlərinin sayı 5-ə çatdırılıb.

Qeyd edək ki, əvvəl nazirin dörd müavini var idi.

Chosen
54
20
baki-xeber.com

10Sources