ain.az, Azertag saytına istinadən bildirir.
Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq tədricən ənənəvi enerji sektorundan kənara çıxaraq yaşıl texnologiyalar və innovasiya da daxil olmaqla, yeni sahələri əhatə edir.
Bu fikri italyan ekspert Domeniko Letisiya AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” verilişinin növbəti buraxılışında bildirib.
Onun sözlərinə görə, neft və qazın ikitərəfli əməkdaşlığın vacib bir hissəsi olaraq qalmasına baxmayaraq, son illərdə prioritetlərin ətraf mühit, bərpaolunan enerji mənbələrinin inkişafı və aqrar sektorunun modernləşdirilməsi tərəfə keçməsi müşahidə olunur.
O vurğulayıb ki, İtaliya şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində layihələrin reallaşmasında fəal iştirak edir, “ağıllı şəhərlər” və müasir infrastrukturun tikintisi də daxil olmaqla, qabaqcıl texnologiyalar və mühəndislik həlləri tətbiq edir.
Müxbir – Tamilla Məmmədova
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.