EN

Hüseynzadə və Hamilton Azərbaycan-NATO tərəfdaşlığının perspektivlərini müzakirə ediblər

Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə Alyansın Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsi, səfir Kevin Hamiltonla görüşüb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyinin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilir.

"Görüş zamanı tərəflər Azərbaycan və NATO arasında tərəfdaşlığın gələcək perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında səmərəli müzakirələr aparıblar", - məlumatda qeyd olunur.

Həmçinin NATO-nun müttəfiq və tərəfdaş ölkələrinin vətəndaşlarının və diplomatik heyətinin İrandan təhlükəsiz təxliyəsində Azərbaycanın mühüm rolu qeyd edilib.

Chosen
47
4
far.az

5Sources