AZ

Azərbaycan-NATO tərəfdaşlığının perspektivləri müzakirə olundu

Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə alyansın baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsi, səfir Kevin Hemiltonla görüşüb.Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyinin "X" sosial şəbəkə hesabındakı paylaşımında bildirilir. Məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və NATO arasında tərəfdaşlığın gələcək perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında səmərəli müzakirələr aparıblar.

NATO-nun müttəfiq və tərəfdaş ölkələrinin vətəndaşlarının və diplomatik heyətinin İrandan təhlükəsiz təxliyəsində Azərbaycanın mühüm rolu qeyd edilib.

Seçilən
28
4
metbuat.az

5Mənbələr