EN

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri seçildi FOTOLAR

Hurriyyet saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Martın 18-də Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası baş tutub. 

"AzPolitika" qurumun yaydığı məlumata istinadla xəbər verir ki, iclasda təşkilati məsələlər müzakirə olunub, gündəlik təsdiqlənib və Şuranın rəhbər heyəti formalaşdırılıb.

Səsvermənin nəticələrinə əsasən, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri seçilib. DİN Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Fərhad Süleymanov sədr müavini, Azərbaycan Jurnalistləri Birliyinin üzvü, əməkdar jurnalist İxtiyar Hüseynli isə Şuranın katibi vəzifəsinə seçilib.

İclasda həmçinin İctimai Şuranın qarşıdakı iki il üçün fəaliyyət planının hazırlanması barədə qərar qəbul olunub.

Seçimə görə Şura üzvlərinə təşəkkür edən Əliməmməd Nuriyev bildirib ki, İctimai Şura öz fəaliyyətində qanunun aliliyinə əsaslanacaq, şəffaflıq, obyektivlik, peşəkarlıq və dövlət–cəmiyyət əməkdaşlığının gücləndirilməsi prinsiplərini rəhbər tutacaq.

İclasdan sonra daxili işlər nazirinin müavini, DİN yanında İctimai Şuraya seçkilər üzrə seçki komissiyasının sədri, general-leytenant İsmət Əliyev Şura üzvlərinə vəsiqələri təqdim edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
77
14
hurriyyet.az

10Sources