FİFA İsrail Futbol Assosiasiyasını (İFA) təşkilatın intizam kodeksini pozduğuna görə cərimələmək qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə planetin ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
İntizam Komitəsi İsrail tərəfinə intizam kodeksinin 13-cü (təhqiredici davranış və ədalətli oyun prinsiplərinin pozulması) və 15-ci (diskriminasiya və irqçi təhqirlər) maddələrinin pozulmasına görə sanksiyalar tətbiq edib. Ümumilikdə İsrail Futbol Assosiasiyası 150 min İsveçrə frankı (təxminən 165 min avro) məbləğində cərimə ödəməlidir.
Bununla yanaşı, FİFA qeyri-qənaətbəxş davranışla bağlı İFA-ya rəsmi xəbərdarlıq edib. Assosiasiya növbəti üç ev oyununda FİFA bayrağı altında keçiriləcək matçlarda öz loqosunun yanında "Futbol dünyanı birləşdirir - diskriminasiyaya yox" şüarı yazılmış plakatlar yerləşdirməlidir.