EN

Qərb küləyi, qar, 20 dərəcə isti Bayram gününün HAVASI

ain.az bildirir, Milli.az saytına əsaslanaraq.

Martın 21-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli.Az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 6 dərəcədən 9 dərəcəyədək, gündüz 12 dərəcədən 17 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6 dərəcədən 10 dərəcəyədək, gündüz 15 dərəcədən 20 dərəcəyədək, dağlarda gecə 0 dərəcədən 5 dərəcəyədək, gündüz 10 dərəcədən 15 dərəcəyədək olacaq.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
86
49
news.milli.az

10Sources