EN

Həcc ziyarəti üzrə kvota tamamlanıb?

Bakı. Trend:

Həcc ziyarəti üçün kvotanın cəmi 9 faizi tamamlanmamışqalır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Qafqaz Müsəlmanlarıİdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektronsistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, Həcc ziyarəti üzrə kvotanın 91 faizi artıqtamamlanıb, 9 faiz yer qalıb:

"Kvota hələ ki, tamamlanmayıb. Bayram günlərindən sonra datamamlana qədər sənəd qəbulu davam etdiriləcək", - o, bildirib.

Qeyd edək ki, Həcc ziyarəti üçün ilk uçuş mayın 17-də olacaq.Həmin zəvvar qrupunda 180 nəfər olacaq.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı Krallığının Həcc və ÜmrəNazirliyindən gələn təlimatlara əsasən, habelə, xaricdə vəbölgələrdə yaşayan vətəndaşların çoxsaylı müraciətlərini nəzərəalaraq builki Həcc mövsümü üçün sənəd qəbulunun müddəti mart ayının7-dək uzadılmışdı.

Xatırladaq ki, Həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞdolları, yəni 10 388 AZN təşkil edir.

Chosen
113
11
az.trend.az

10Sources