EN

Rusiya XİN İsrail səfirinə etirazını bildirdi

Rusiya Livanın cənubunda RT televiziya heyətinin raket atəşinə tutulması ilə bağlı İsrailin Moskvadakı səfiri Oded Yosefə etiraz bildirib.Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyiməlumat yayıb. Bildirilib ki, Rusiya hadisənin baş vermə halının hərtərəfli araşdırılmasını və gələcəkdə bu cür halların qarşısının alınmasını tələb edib.

Qeyd edək ki, ötən gün RT-nin Livan bürosunun rəhbəri Stiv Suini və onun operatorunun efir zamanı raket hücumuna məruz qaldığının görüntüləri yayılıb.

Chosen
84
4
metbuat.az

9Sources