EN

Üçtərəfli format sarsılır: Kreml Kiyevlə danışıqlardakı fasiləni “müvəqqəti” adlandırdı

Rusiya martın 21-nə planlaşdırılan Ukrayna və ABŞ arasındakı danışıqlarda iştirak etməyəcək. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

NOCOMMENT.az xəbər verir ki, Peskov jurnalistlərə açıqlamasında bu görüşlərin yalnız ukraynalılarla amerikalılar arasında ikitərəfli təmas xarakteri daşıyacağını bildirib.

Onun sözlərinə görə, Moskva yaxın perspektivdə üçtərəfli danışıqlar formatının bərpa olunacağına ümid edir və hazırkı fasiləni “müvəqqəti” addım kimi qiymətləndirir. Peskov həmçinin qeyd edib ki, “enerji barışığı”nın əldə olunması üçün Kiyev heç bir şərt qoymadan enerji infrastrukturuna zərbələri dayandırmalı və digər ölkələrə qarşı “enerji şantajı”ndan imtina etməlidir.

Sara,
NOCOMMENT.az

Chosen
129
nocomment.az

1Sources