EN

ABŞ Kolumbiya prezidentinə qarşı istintaq aparılır

Kolumbiya prezidenti Qustavo Petro ABŞ-də istintaq altındadır.

"Unikal" "The New York Times" qəzetinə istinadən xəbər verir ki, Amerika prokurorları onun narkotik qaçaqmalçıları ilə mümkün əlaqələrini araşdırır.

Nəşrin məlumatına görə, ən azı iki federal prokuror Petronun narkotik kartelinin nümayəndələri ilə mümkün görüşləri barədə məlumatları araşdırır. Müstəntiqlər həmçinin onun prezidentlik kampaniyasının narkotik ticarəti ilə əlaqəli şəxslərdən ianələr alıb-almadığını da öyrənirlər.  

Qəzet vurğulayır ki, istintaqlar ayrı-ayrılıqda aparılır və ilkin mərhələdədir. Onların rəsmi ittihamlara səbəb olub-olmayacağı bəlli deyil.

Gülayə Mecid

Chosen
25
50
unikal.az

10Sources