AZ

ABŞ İranın neft ixracatının 90%-ni təşkil edən adanı bombardman etdi

ABŞ Prezidenti Donald Tramp ölkəsinin İranın Xarq adasındakı "bütün hərbi hədəfləri məhv etdiyini" və bunun "Yaxın Şərq tarixindəki ən güclü bombardman kampaniyalarından biri" olduğunu bildirib. 

"Unikal" xəbər verir ki, o, bu  barədə sosial şəbəkə hesabında yazıb. 

 ABŞ prezidenti həmçinin Xarqı "tacın incisi" adlandırıb. 

Qeyd edək ki, Xarq Fars körfəzinin şimalında yerləşir. O, İranın "neft arteriyası" adlanır və İranın neft ixracatının 90%-ni təşkil edir.

Gülayə Mecid 

Seçilən
55
unikal.az

1Mənbələr