EN

Futbolçularıma deyiləcək bir söz yoxdur Qurban Qurbanov

Fanat saytına istinadən ain.az xəbər verir.

Misli Premyer Liqasının 25-ci turu çərçivəsində baş tutan “Kəpəz” - “Qarabağ” oyunundan (1:0) sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini bölüşüb:

“Bu gün bizə azarkeşlik edən xeyli sayda insan var idi. Onlara təşəkkür edirəm. Yaxşı futbol atmosferi var idi. Futbolda məğlubiyyət də olur. Futbolçular istəkli idilər, pis hazırlaşmamışdıq. Oyunda yaxşı temp var idi. Xeyli sayda qol epizodları yaratdıq, istifadə olunmadı. Rəqibin bir epizodu qolla nəticələndi. Futbolçularıma deyiləcək bir söz yoxdur. Çox güc sərf etdilər, qalib gəlmək istəyirdilər”.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
116
28
fanat.az

10Sources