AZ

Qurban Qurbanov: “Mən narazılıq edəndə söhbət çox böyüyür”

“Qarabağ” Azərbaycan Premyer Liqasının 25-ci turunda səfərdə “Kəopəz”ə 0:1 hesabı ilə məğlub olub.

Publika.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Azər Bağırovun komandasını təbrik edirəm. İstəkli idilər, çox yaxşı qalibiyyət əldə etdilər. Bizə azarkeşlik edən xeyli sayda insan var idi. Onlara təşəkkür edirəm. Məğlub olduq. Futboldur, belə hallar olur. Deyiləcək bir söz yoxdur.

– Məğlubiyyətin əsas səbəbi nədir?

– Sadəcə rəqib qalib gəldi. Futbolçular istəkli idilər, pis hazırlaşmamışdıq. Oyunda yaxşı temp var idi. Xeyli sayda qol epizodlarımız oldu. Onları dəyərləndirə bilmədik. Rəqibin bir epizodu qolla nəticələndi. Bu gün bizim günümüz deyildi.

Seçilən
100
28
publika.az

10Mənbələr