EN

Avtomobil AŞDI: Ölən və yaralı var

Ajans.az xəbər verir ki, hadisə Ağdaş rayonunun Yuxarı Nemətabad kəndi ərazisində qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, 31 yaşlı Elvin Məmmədov xəsarət alıb, sərnişin, 37 yaşlı Anar Məmmədov isə aldığı xəsarətlərdən vəfat edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.(report)

Chosen
86
16
Ajans.az

10Sources