EN

Fitch: Hörmüz boğazı 6 ay bağlı qalsa, neft 120 dollar olacaq

Fitch: Hörmüz boğazı 6 ay bağlı qalsa, neft 120 dollar olacaq

Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" Hörmüz boğazının 6 ay ərzində faktiki olaraq bağlı qalacağı təqdirdə "Brent" markalı neftin bir barelinin qiymətinin bu il orta hesabla 120 dollara çata biləcəyini bəyan edib.

AFN.az xəbər verir ki, agentliyin açıqlamasında Hörmüz boğazının mümkün bağlanma müddətlərinin neft qiymətlərinə təsiri ilə bağlı müxtəlif ssenarilər təqdim olunub.

Bildirilib ki, boğaz 6 ay bağlı qalarsa, 2026-cı ildə "Brent" neftinin orta qiyməti 120 dollara, 3 ay bağlı qalarsa isə 100 dollara yüksələ bilər. 3 aylıq bağlanma ssenarisində qiymətin həmin müddət ərzində orta hesabla 130 dollar səviyyəsinə qalxması və ilin sonuna doğru təxminən 90 dollara enməsi proqnozlaşdırılır.

6 aylıq qapanma ssenarisində isə qiymətlərin 130-170 dollar aralığında kəskin artacağı, lakin ilin sonunda yenidən 90 dollar səviyyəsinə düşəcəyi ehtimal edilir. Agentlik 2026-cı il üçün "Brent" neftinin orta barel qiyməti ilə bağlı əsas gözləntisinin 70 dollar olduğunu xatırladıb.

Açıqlamada vurğulanıb ki, Hörmüz boğazının bağlanması gündəlik 15 milyon barel neft daşınmasının itirilməsinə səbəb ola bilər. "Fitch" neft qiymətlərində dalğalanmaların davam edəcəyini, geosiyasi risk mükafatının kifayət qədər yüksək olduğunu və boğazdakı fasilələrlə bağlı qeyri-müəyyənliyin ciddi səviyyədə qaldığını qeyd edib.

Chosen
104
afn.az

1Sources